Вернуться назад Распечатать

Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bu ölkənin Xəbər Agentliyinin (KUNA) dikrektoru vəzifəsini icra edən Məhəmməd əl-Mənnai ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tərəflər Azərbaycan-Küveyt media əməkdaşlığının inkişafı və ölkələrin xəbər agentlikləri arasında informasiya mübadiləsinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.