Bu gün Suraxanı rayonunun bəzi ərazilərində su olmayacaq.
1xeber.media xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Suraxanı rayonu, Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında gün ərzində fasilə yaranacaq.