Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Xalq şairi Zəlimxan Yaqubun Gürcüstanda doğulub boya-başa çatdığı evi ziyarət edib.
1xeber.media report-a istinadla xəbər verir ki, səfir şairin anası ilə görüşüb, onun səhhəti və vəziyyəti ilə maraqlanıb, Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı xatirələrini dinləyib.
F. Quliyev, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub. Səfir layihənin əhəmiyyətini vurğulayıb və tikinti prosesinə dəstək göstəriləcəyini bildirib.
Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.