Вернуться назад Распечатать

Türkiyə İran təyyarəsini müsadirə etdi

İstanbul hava limanında İranın “Kaspian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi borca görə müsadirə edilib.

1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Türkiyə məhkəməsinin qərarından sonra icra məmurları və polis uçuşa bir neçə dəqiqə qalmış təyyarəni saxlayaraq onun havaya qalxmasına mane olub.

Sərnişinlər və ekipaj isə təyyarədən çıxarılıb.

Qeyd edək ki, Türkiyənin yerüstü xidmətlər və aviasiya nəzarəti şirkəti olan “ACM Temsil Gözetim” (ACM Air Charter) “Kaspian Airlines”a qarşı 3 milyon avroluq borcun ödənilməməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.