Вернуться назад Распечатать

İran səfiri Simonyanla görüşdü

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, görüşdə İran və Ermənistan arasında ikitərəfli əməkdaşlıq, regional proseslər və iki ölkə arasındakı tərəfdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər İran-Ermənistan münasibətlərinin, eləcə də iki ölkənin liderləri arasında qarşılıqlı etimadın xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.