Вернуться назад Распечатать

Rutte Rusiya ilə bağlı bəyanat verdi

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Ukraynaya davamlı dəstək Şimali Atlantika Alyansından Rusiyaya bir siqnal rolunu oynayır.

1xeber.media xəbər verir ki, baş katib Rusiyanın NATO-ya qarşı düşmənçilik hərəkətləri kampaniyasını davam etdirdiyi barədə fikrini ifadə edib. Onun sözlərinə görə, Moskva alyansa üzv dövlətlərin əzmini zəiflətməyə və Ukraynaya göstərilən dəstəyi dayandırmağa çalışır.

"Moskvaya ünvanladığımız siqnal aydındır: biz Ukrayna üçün daha az deyil, daha çox iş görəcəyik", - deyə o bildirib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya Avropa ilə müharibəyə hazırlaşmır və bunun üçün heç bir səbəb və ya əsas yoxdur. Rusiya lideri vurğulamışdı ki, Avropa Ukraynaya dəstəyi davam etdirmək məqsədilə vəziyyəti qəsdən gərginləşdirir.