Yeni Klinikaya həkim qəbuluna onlayn növbə götürmək ödənişlidir.
1xeber.media xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxanaya onlayn sistemdə qeydiyyatdan keçərək həkim qəbuluna yazılmaq istəyən şəxslərdən 5,90 manat tələb olunur.
Belə ki, vətəndaş sistemə daxil olaraq qeydiyyata başladıqdan sonra növbəti mərhələdə ödəniş səhifəsinə yönləndirilir. Qeydiyyatı tamamlamaq üçün 5,90 manat ödəmək lazımdır.
Yeni Klinika icbari tibbi sığorta çərçivəsində xidmət göstərən tibb müəssisələrindən biridir. Xəstəxanada bir sıra tibbi xidmətlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir.
Bu baxımdan, sığorta ilə göstərilən tibbi xidmətlərdən yararlanmaq üçün onlayn növbəyə yazılarkən hansı xidmətə görə 5,90 manat ödəniş alınması sual doğurur.
Qeyd edək ki, araşdırmamız zamanı məlum oldu ki, Yeni Klinikadan başqa, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Neftçilər Xəstəxanası, Respublika Endokrinoloji Mərkəzə də https://onlinenovbe.az/ vasitəsi ilə onlayn növbə götürmək də ödənişlidir.