Вернуться назад Распечатать

Medvedev Avropa ilə müharibə barədə bəyanat verdi

Avropa liderləri Avropa İttifaqını Rusiya ilə müharibəyə sürükləmək üçün əllərindən gələni edirlər.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün ingilisdilli "Telegram" kanalında bəyanat yayıb.

Siyasətçi bildirib ki, əgər Avropa ilə müharibə baş verərsə, bu, 1945-ci ildən bəri ən böyük hərbi münaqişə olacaq.

Silvio Berluskoninin 90 illik yubileyi münasibətilə paylaşım edən Medvedev keçmiş liderin Rusiyanın qlobal rolunu dərk etdiyini xatırladıb, eyni zamanda hazırkı Avropa liderlərini uzaqgörənlikdən məhrum və bədxah adlandırıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını bəyan edərək, bunun üçün heç bir səbəb və ya əsasın olmadığını qeyd etmişdi. Rusiya lideri vurğulamışdı ki, Avropa Ukraynaya dəstəyi davam etdirmək məqsədilə vəziyyəti qəsdən gərginləşdirir.