Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC 60 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
1xeber.media xəbər verir ki, tenderdə iştirak haqqı 72,42 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 20-nə qədər "Bakı Kristal Zalı"nın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanı ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 20-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Meqa Sığorta" ASC olub, ona 37,2 min manat ödəniləcək.