Вернуться назад Распечатать

Putin Rusiya ordusunun şəxsi heyəti ilə bağlı yeni fərman imzaladı

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının müəyyənləşdirilməsi ilə bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rusiya ordusunun təsdiqlənmiş ümumi şəxsi heyət sayı 2 milyon 441 min 630 nəfər, o cümlədən hərbi qulluqçuların sayı 1 milyon 550 min 500 nəfər müəyyən edilib. Sənəddə hökumətə Müdafiə Nazirliyinə bununla bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb.

Fərmanın icrası üçün Rusiya hökumətinin dövlət büdcəsindən müvafiq vəsait ayıracağı bildirilib. Sənəd imzalandığı gündən qüvvəyə minib.

Bu qərar Rusiya Silahlı Qüvvələrinin təşkilati strukturunda və şəxsi heyətinin sayında aparılan dəyişikliklər fonunda diqqət çəkib.