İki ölkə liderlərinin siyasi iradəsi və qarşılıqlı dəstəyi sayəsində Azərbaycan ilə Slovakiya arasındakı münasibətlər qısa müddət ərzində yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələr qarşılıqlı dostluq, hörmət və etimada əsaslanır, son illərdə isə onların intensiv inkişafı müşahidə olunur.