Вернуться назад Распечатать

Mikayıl Cabbarov: "Azərbaycan-Qətər investisiya əməkdaşlığının genişləndirilməsi üçün geniş imkanlar mövcuddur"

Azərbaycan və Qətər qarşılıqlı investisiyaların təşviqi, yeni layihələrin həyata keçirilməsi və özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsin müzakirə edib.

1xeber.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Dohada keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının 11-ci İllik Toplantısı çərçivəsində Qətərin maliyyə naziri Əli bin Əhməd Əl-Kuvari ilə görüşdük. Azərbaycan ilə Qətər arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolu və siyasi iradəsi mühüm əhəmiyyət daşıyır. Bu möhkəm təməl üzərində iqtisadi və investisiya əməkdaşlığımızın daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur", - deyə nazir qeyd edib.

M. Cabbarov tərəflərin həmçinin maliyyə və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi apardığını bildirib.