Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Tadbirchi Event Organizer Group” MMC (VÖEN – 1605416641) olub.
1xeber.media xəbər verir ki, nazirlik qalib şirkətdən “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi xidmətlərini satın alacaq və qarşılığında 109 min 960 manat 66 qəpik ödəyəcək.
Qeyd edək ki, bu ilin may ayından sonra “Tadbirchi Event Organizer Group” MMC Gənclər və İdman Nazirliyinin keçirdiyi daha 4 tender müsabiqəsində qalib olub. MMC-nin qalib olduğu müsabiqələrin ümumi dəyəri 636 min 999 manat 64 qəpik olub.
2024-cü ilin mart ayında vergi qeydiyyatına alınan MMC başqa heç bir dövlət qurumunun tender müsabiqəsində qalib olmayıb.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 115, m. 178B-də yerləşən “Tadbirchi Event Organizer Group” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Ötən ilin may ayından etibarən MMC-yə Qarayev Surxay İlqar oğlu rəhbərlik edir. Qarayev Surxay İlqar oğlu eyni zamanda gimnastika üzrə hakimdir.Yeniavaz.com