1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla ölkəsi arasında davam edən münaqişənin yaxın zamanda başa çatacağını bildirib.
Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını deyib. O, İranın vəziyyətinin çox pis olduğunu və münaqişənin başa çatmasından sonra neft qiymətlərinin ucuzlaşacağını bildirib.
“İranın heç vaxt nüvə silahı olmayacaq. Onların vəziyyəti çox pisdir. Çox tezliklə hər şey başa çatacaq və bundan sonra neftin qiyməti düşməyə başlayacaq”, – deyə ABŞ lideri bildirib.
Tramp həmçinin ABŞ-İran münaqişəsinin onun administrasiyasının fəaliyyəti dövründə görülən ən mühüm işlərdən biri kimi tarixə düşəcəyini qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl İran və ABŞ arasında atəşkəs razılaşmasını alqışladıqlarını, lakin əldə olunan atəşkəsin dayanıqlı olmadığını bildirmişdi.