Вернуться назад Распечатать

Aİ neft-qaz qaydalarını təxirə sala bilər

1xeber.media xəbər verir ki, Avropa İttifaqı neft və qaz idxalı ilə bağlı metan emissiyalarına dair yeni qaydaların tətbiqini təxirə salmağı nəzərdən keçirir.

Məsələnin Aİ ölkələrinin enerji təchizatı ilə bağlı narahatlıqları fonunda gündəmə gəldiyi bildirilir. Yeni qaydaların yanvar ayından qüvvəyə minməsi planlaşdırılırdı.

Aİ daxilində bəzi ölkələr enerji xərclərinin artması və alternativ qaz mənbələrinə çıxışla bağlı problemlərin qarşısını almaq üçün qaydaların yumşaldılmasını və ya təxirə salınmasını istəyir.