1xeber.media xəbər verir ki, İtaliyanın Siciliya adasındakı Kataniya hava limanı Etna vulkanında aktivliyin artması səbəbilə tətbiq edilən məhdudiyyətlərdən sonra fəaliyyətini bərpa edib.
Vulkanın təhlükə səviyyəsi qırmızıdan narıncıya endirilib. Bundan sonra hava limanında uçuşların yenidən həyata keçirilməsinə icazə verilib.
Etna Avropanın ən aktiv vulkanlarından biri hesab olunur. Son günlər vulkanik kül və əlverişsiz hava şəraiti bölgədə aviareyslərin hərəkətinə ciddi təsir göstərib.