Вернуться назад Распечатать

Tokayev Ukrayna müharibəsi ilə bağlı çağırış etdi

1xeber.media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada döyüşlərin dayandırılması və danışıqlara keçilməsinin vacibliyini bildirib.

Tokayev bu barədə Berlinə səfərinin və Almaniya kansleri Fridrix Merts ilə görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.

Qazaxıstan lideri Rusiyanı döyüşləri “dərhal dayandırmağa” çağırmadığını, onun mövqeyinin hərbi əməliyyatlardan danışıqlar mərhələsinə keçilməsinin zəruriliyi ilə bağlı olduğunu bildirib.

Tokayev Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu da qeyd edib.

“Mən onu çox yaxşı tanıyıram və o, mürəkkəb tarixə malik böyük dövlətin rəhbəri üçün zəruri olan keyfiyyətlərə sahibdir”, – deyə Tokayev bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Ukrayna ilə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qərarın Rusiyanın maraqları nəzərə alınmaqla veriləcəyini açıqlamışdı.