Вернуться назад Распечатать

Argentina Britaniyaya qarşı sərt addım ata bilər

1xeber.media xəbər verir ki, Argentina Folklend (Malvin) adaları ətrafında Britaniyanın neft hasilatı ilə bağlı fəaliyyətinə qarşı çıxış edib.

Argentina Prezidenti Xavyer Mileyin administrasiyasının yaydığı açıqlamaya görə, Buenos-Ayres Londonun adalar ətrafındakı kontinental şelfdə karbohidrogen ehtiyatlarının işlənməsinə başlamasının və ya bu fəaliyyətləri davam etdirməsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.

Argentina Britaniyaya bununla bağlı iki həftəlik müddət verib. Tələb yerinə yetirilmədiyi təqdirdə Buenos-Ayresin Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına müraciət edə biləcəyi bildirilib.

Sankt-Peterburq Dövlət Universitetinin professoru Viktor Xeyfets isə hesab edir ki, Argentina ABŞ Prezidenti Donald Trampın Folklend adaları ilə bağlı açıqlamalarından siyasi baxımdan istifadə edir. Onun fikrincə, Buenos-Ayres məsələnin silahlı qarşıdurmaya çevrilməsində maraqlı deyil.

Folklend adaları Argentina və Böyük Britaniya arasında uzun illərdir mübahisə mövzusudur. 1982-ci ildə iki ölkə arasında adalar uğrunda müharibə baş verib.