Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib. O, krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub.
1xeber.media xəbər verir ki, bu barədə "Associated Press" Kral sarayının bəyanatına istinadən məlumat yayıb.
Təyinatından əvvəl həm də Marrakeşin meri vəzifəsini tutan Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.
Onun hökumətinin 2030-cu il futbol üzrə dünya çempionatı ilə bağlı layihələrə milyardlarla dollar investisiya yatıracağı, eyni zamanda, inflyasiya ilə mübarizə, əməkhaqqının artırılması və yeni iş yerlərinin yaradılması ilə bağlı vədləri yerinə yetirəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 23-də Mərakeşdə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, hakim koalisiyaya daxil olan "Həqiqilik və Modernizm" Partiyası qalib gəlib. 2011-ci ildə qəbul edilmiş Mərakeş Konstitusiyasına əsasən, kral parlamentdə ən çox yer qazanan partiyanın nümayəndəsini baş nazir təyin edir.