Вернуться назад Распечатать

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Binəqədin rayonu, 7-ci mikrorayonda yaşayan sakinlərin "Dərnəgül" metro stansiyasına rahat gediş-gəlişinin təmin olunması üçün əlavə avtobuslar ayrılacaq.

1xeber.media  xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.

Qeyd olunub ki, 3 nömrəli müntəzəm marşrut xəttindən ayrılacaq avtobuslar Abay Kunanbayev küçəsindən ("7-ci mikrorayon") "Dərnəgül" metro stansiyasına qədər hərəkət edəcək.

Sərnişinlər həmin marşrut üzrə avtobuslardan ödənişsiz istifadə edə biləcəklər.