1xeber.media xəbər verir ki, Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner barəsində çıxarılmış korrupsiya hökmünün yenidən nəzərdən keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət edib.
Kirşnerin vəkilləri onun 2025-ci ildə aldığı altıillik həbs cəzasının və ömürlük dövlət vəzifəsi tutmaq qadağasının ləğv edilməsini istəyirlər.
Müdafiə tərəfi məhkəmə prosesində onun fundamental hüquqlarının pozulduğunu iddia edir. Hazırda ev dustaqlığında olan Kirşnerin siyasi fəaliyyətə qayıtmaq üçün hüquqi imkan əldə etməyə çalışdığı bildirilir.
Keçmiş prezident 2027-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməsinə mane olan qadağanın da aradan qaldırılmasını tələb edir.