Вернуться назад Распечатать

Muxtar Babayev Böyük Britaniyanın səfiri ilə iqlim əməkdaşlığını müzakirə etdi

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Dunkan Normanla görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Muxtar Babayev sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında havanı və təbiəti qorumaq sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub:

"Biz London və Bakı İqlim Həftələri çərçivəsində görülən işlərə əsaslanaraq, gələcək COP31 tədbirinə doğru birgə addımların atılmasını və dünyanın iqlimlə bağlı verdiyi sözləri yerinə yetirməsinin vacibliyini müzakirə etdik".