1xeber.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Rusiya və Almaniya xarici işlər nazirləri Sergey Lavrovla İohann Vadeful arasında keçirilən görüşdən sonra Moskvanın Ukrayna münaqişəsinin həlli ilə bağlı ciddi danışıqlarda maraqlı olmadığını bildirib.
Merz bu qənaətini Rusiyanın görüşdən sonra verdiyi açıqlamalara əsaslandırıb. Onun sözlərinə görə, Moskvanın mövqeyi hazırda ciddi danışıqlara marağın olmadığını göstərir.
Kansler qeyd edib ki, bu vəziyyət Almaniyanın Ukraynaya hərbi, siyasi, maliyyə və iqtisadi dəstəyini davam etdirməsinə səbəb olacaq.
Lavrov və Vadeful sentyabrın 26-da BMT Baş Assambleyasının toplantısı çərçivəsində Nyu-Yorkda görüşüblər. Bu, 2022-ci ildən sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk birbaşa görüş olub.
Görüşdən sonra Lavrov Vadefulun danışıqlar zamanı Almaniyanın əvvəllər səsləndirdiyi mövqeləri təkrarladığını və yeni təklif eşitmədiyini bildirib