1xeber.media xəbər verir ki, Dağıstanın keçmiş rəhbəri Sergey Melikov Bryansk vilayətini Rusiyanın Federasiya Şurasında təmsil edən senator təyin edilib.
Müvafiq sərəncamı Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk sentyabrın 28-də imzalayıb. Sənədə əsasən, Melikovun senator səlahiyyətləri sentyabrın 29-dan qüvvəyə minib.
Bununla yanaşı, Bryansk vilayətinin Federasiya Şurasındakı əvvəlki nümayəndəsi Vadim Denqinin senator səlahiyyətlərinə xitam verilib.
Sergey Melikov 2020-ci ildən 2026-cı ilin mayına qədər Dağıstana rəhbərlik edib. Bundan əvvəl o, Federasiya Şurasında Stavropol diyarını təmsil edib, həmçinin Rusiya Milli Qvardiyasının rəhbərliyində çalışıb.