1xeber.media xəbər verir ki, ABŞ və beynəlxalq koalisiya tərəfdaşları İraqda İŞİD terror təşkilatına qarşı həyata keçirilən “Təbii Qətiyyət” əməliyyatını rəsmi olaraq başa çatdırıblar.
Bu barədə sentyabrın 30-da ABŞ Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Pentaqonun məlumatına görə, hazırda İraq və İraq Kürdüstanının təhlükəsizlik qüvvələri ölkə daxilində təhlükəsizliyi müstəqil şəkildə təmin etmək imkanına malikdir. Vaşinqton hesab edir ki, yerli qüvvələr İŞİD-in ölkədə qalan hücrələrinin zərərsizləşdirilməsini koalisiya qoşunlarının birbaşa iştirakı olmadan həyata keçirə bilərlər.
Bununla belə, əməliyyatın başa çatdırılması ABŞ-ın İraqla hərbi əməkdaşlığının dayandırılması demək deyil. Vaşinqton İraq tərəfinə təhlükəsizlik sahəsində zəruri dəstəyi göstərməyə davam edəcəyini açıqlayıb.
“İŞİD” terror təşkilatı bir sıra ölkələrdə, o cümlədən Rusiyada qadağan edilib.