Вернуться назад Распечатать

Təyyarədə pilotlar arasında dava: reys məcburi eniş etdi

1xeber.media xəbər verir ki, Dubaydan İsrailə uçan təyyarə pilotlar arasında baş verən insidentdən sonra Səudiyyə Ərəbistanına istiqamətini dəyişib.

Reuters-in məlumatına görə, “flydubai” aviaşirkətinə məxsus təyyarənin pilotları arasında dava düşüb. Bundan sonra təyyarədən fövqəladə siqnal göndərilib və ekipaj Səudiyyə Ərəbistanında eniş etmək qərarına gəlib.

İsrail rəsmisi hadisənin qaçırılma olmadığını bildirib.

Hadisənin təfərrüatları və pilotlar arasında mübahisənin səbəbləri araşdırılır.