1xeber.media xəbər verir ki, Vyaçeslav Volodin Rusiyanın IX çağırış Dövlət Dumasının sədri seçilib.
Səsvermə sentyabrın 30-da parlamentin yeni çağırışının ilk plenar iclasında keçirilib. Volodinin namizədliyini hakim “Vahid Rusiya” partiyası irəli sürüb.
Səsvermədə iştirak edən 442 deputatdan 406-sı Volodinin namizədliyini dəstəkləyib. Digər namizəd Kommunist Partiyasının nümayəndəsi Dmitri Novikov 36 səs toplayıb.
Volodin 2016-cı ildən Dövlət Dumasına rəhbərlik edir. O, bundan əvvəl VII və VIII çağırış parlamentlərində də spiker vəzifəsini tutub.