Cənubi Afrika ABŞ səfirinə etiraz etdi
1xeber.media xəbər verir ki, Cənubi Afrika Xarici İşlər Nazirliyi ABŞ-ın Pretoriyadakı səfiri Leo Brent Bozelli yenidən nazirliyə çağırıb.
Reuters-in məlumatına görə, görüş ABŞ diplomatının Cənubi Afrika hakimiyyətinin siyasəti ilə bağlı açıqlamalarından sonra baş tutub.
Cənubi Afrika tərəfi ABŞ səfirinin davranışını diplomatik normalara uyğun hesab etmədiyini bildirib. Bu, iki ölkə arasında son aylarda yaranan diplomatik fikir ayrılıqları fonunda baş verib.
Tərəflər arasında münasibətlər xüsusilə ABŞ-ın Cənubi Afrikanın daxili və xarici siyasətinə dair tənqidlərindən sonra gərginləşib.