Nyu-Yorkda keçirilən BMT-nin 81-ci sessiyasında qayıdış hüququ və dekolonizasiya məsələləri müzakirə olunub.
1xeber.media Real TV-yə istinadən xəbər verir ki, dünya liderlərinin iştirakı ilə baş tutan iclasın əsas məqamları diqqətə çatdırılıb.
Sessiya çərçivəsində qlobal sülh, davamlı inkişaf və iqlim dəyişikliyi ilə yanaşı, mühüm siyasi məsələlər də gündəmə gətirilib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən görüşlərdə beynəlxalq ictimaiyyətin diqqəti dekolonizasiya problemlərinə yönəldilib.
İclasda azərbaycanlıların öz doğma torpaqlarına, Qərbi Azərbaycan ərazilərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququ məsələsi xüsusi vurğulanıb.
Diaspora nümayəndələri və beynəlxalq iştirakçılar bu prosesin ədalətli həlli üçün BMT kimi beynəlxalq təşkilatların dəstəyinin vacibliyini qeyd ediblər.