Вернуться назад Распечатать

Kreml Tokayevin Putin açıqlamasına münasibət bildirdi

1xeber.media xəbər verir ki, Kreml Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putin barədə səsləndirdiyi fikirləri yüksək qiymətləndirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Tokayevin Putinlə bağlı qiymətləndirməsinə görə Qazaxıstan rəhbərliyinə minnətdardır.

“Biz bunu yüksək qiymətləndiririk və Qazaxıstan Prezidentinə Prezident Putin barədə verdiyi qiymətləndirməyə görə minnətdarıq”, – Peskov deyib.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya Qazaxıstanla münasibətlərə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, iki ölkə arasında geniş sahələri əhatə edən strateji tərəfdaşlıq mövcuddur və bu əməkdaşlıq gələcəyə hesablanıb.

Qeyd edək ki, Tokayev sentyabrın 30-da Berlində keçirdiyi brifinqdə Putini Mərkəzi Asiya, Avropa və bütövlükdə dünya üçün “ən məqbul siyasi fiqur” hesab etdiyini bildirib. O, eyni zamanda Ukraynada hərbi əməliyyatların dondurulmasına və danışıqlara keçilməsinə çağırıb.