Вернуться назад Распечатать

Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun əvvəlki geniş imkanlarının artıq olmadığı haqda iddia yayılıb.

1xeber.media  axar.az-a istinadən xəbər verir ki, E.Rüstəmovun xaricdəki biznesi də uğursuzluğa düçar olub və övladları artıq Bakıya dönməyə məcbur qalıblar.

Biznes imperiyasının çökməsi E.Rüstəmovu müəyyən addımlara sövq edib. Belə ki, o, məşhur "Platin" restoranını satıb.

İddiaya görə, restoran 22 milyon manata satılıb.

Alqı-satqı bir neçə ay öncə həyata keçirilib.