Вернуться назад Распечатать

Kambolov Cənubi Osetiyanın prezidenti oldu

1xeber.media xəbər verir ki, Marat Kambolov Cənubi Osetiyanın prezidenti vəzifəsinin icrasına rəsmən başlayıb.

Onun andiçmə mərasimi Sxinvalidəki Dövlət Dram Teatrında keçirilib. Kambolov Konstitusiyaya əl basaraq əvvəlcə osetin, daha sonra isə rus dilində and içib. Mərasimdən sonra ona prezident vəsiqəsi təqdim olunub.

Qeyd edək ki, Cənubi Osetiyada prezident seçkiləri sentyabrın 18-də keçirilib. Kambolov seçicilərin 84,95 faizinin səsini toplayaraq qalib elan edilib. Seçkidə iştirak 82,65 faiz təşkil edib.

Cənubi Osetiya qanunvericiliyinə əsasən, prezident vəzifəsinə başladıqdan sonra hökumətin səlahiyyətlərinə xitam verilir.