
1xeber.media xəbər verir ki, ABŞ Konqresinin Çin üzrə xüsusi komitəsinin respublikaçı sədri Con Mulinaar Cənubi Koreyanın Pekinlə yaxınlaşan münasibətlərinin Vaşinqton tərəfindən daha ciddi araşdırılmasını istəyib.
Mulinaar ABŞ dövlət katibi Marko Rubiaya göndərdiyi məktubda Seul ilə Pekin arasında artan diplomatik təmaslara, həmçinin Cənubi Koreyanın iri texnologiya şirkətlərinin Çindəki investisiyalarına diqqət çəkib.
ABŞ konqresmeni Seulun Tayvan məsələsində Pekinə qarşı daha sərt mövqe nümayiş etdirməməsinin də Vaşinqton üçün suallar yaratdığını bildirib.
Cənubi Koreya isə ABŞ ilə ittifaq münasibətlərinin ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu dəfələrlə bəyan edib.