Вернуться назад Распечатать

Myanmada 21 nəfər saxlanıldı

1xeber.media xəbər verir ki, Myanmanın hərbi hakimiyyəti müxalif Milli Birlik Hökuməti ilə əlaqəli maliyyə toplama platformasına pul köçürməkdə şübhəli bilinən 21 nəfəri saxlayıb.

Reuters-in məlumatına görə, hakimiyyət orqanları müxalifətin yaratdığı “People’s Revolution Supply Family” platformasına maliyyə dəstəyi verdiyi iddia olunan 2 700-dən çox şəxsin məlumatlarını müəyyənləşdirdiklərini açıqlayıblar.

Saxlanılan şəxslərin müxtəlif yaşayış məntəqələrində olduğu və barələrində hüquqi tədbirlərin görüləcəyi bildirilib. Hakimiyyət həmçinin maliyyə köçürmələrində istifadə olunan bəzi hesabların bağlanacağını və vəsaitlərin müsadirə ediləcəyini açıqlayıb.

Müxalifətə bağlı platforma isə şəxsi məlumatların toplandığı barədə hakimiyyətin iddialarını əsassız adlandırıb.