
1xeber.media xəbər verir ki, Bolqarıstanın Baş naziri Rumen Radev Avropa İttifaqının Ukraynanın ehtiyac duyduğu həcmdə hava hücumundan müdafiə vasitələri təmin etmək imkanlarının məhdud olduğunu bildirib.
Radev Brüsseldə keçirilən hərbi-kosmik konfransda çıxışı zamanı Aİ ölkələrinin bu tip silah sistemləri üzrə mövcud ehtiyatlarının tükəndiyini deyib.
Baş nazirin sözlərinə görə, Avropa müdafiə sənayesinin hazırkı istehsal imkanları Ukraynanın hava hücumundan müdafiə sahəsindəki tələbatını qısa müddətdə qarşılamağa imkan vermir.
Radev həmçinin Avropanın müdafiə sahəsində istehsal imkanlarının artırılmasının vacibliyini vurğulayıb.