Вернуться назад Распечатать

Yaponiyada güclü zəlzələ oldu

1xeber.media xəbər verir ki, Yaponiyanın Yonaguni adası yaxınlığında güclü zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar sentyabrın 30-da yerli vaxtla saat 14:00-da qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 olub.

Zəlzələnin episentri Yonaguni adasından təxminən 74 kilometr cənubda, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib.

Yaponiya tərəfinin məlumatına əsasən, Yonaguni ərazisində zəlzələ 3 bal gücündə hiss olunub. Hazırda dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur, sunami təhlükəsi də gözlənilmir.