Вернуться назад Распечатать

Pensiyaya çıxan dövlət qulluqçularına YENİ QAYDA: Məbləğ belə müəyyənləşəcək

Milli Məclisin bugünkü iclasında "Əmək pensiyaları haqqında" qanuna təklif olunan yeni dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılararaq qəbul edilib.

1xeber.media xəbər verir ki,  sənədə əsasən, azərbaycanlı dövlət qulluqçularının pensiya  təminatında köklü islahat nəzərdə tutulur. Yeni yanaşmaya görə, pensiya məbləği ilə dövlət məvacibi (əməkhaqqı) arasındakı doğrudan asılılıq ləğv olunur. Bundan sonra pensiyanın həcmi birbaşa şəxsin fərdi hesabında toplanan pensiya kapitalına əsasən formalaşacaq.

Sığorta mexanizminin gücləndirilməsini nəzərdə tutan dəyişikliklə dövlət qulluqçularına ümumi əsaslarla pensiya təyin ediləcək və ödənişi davam etdiriləcək. Bununla yanaşı, mövcud qanunvericilikdəki "qulluq stajına görə əlavə" anlayışı "aylıq pensiya əlavəsi" ilə əvəzlənəcək. 

Aylıq pensiya əlavəsinin məbləği inzibati vəzifə təsnifatına görə, səlahiyyət müddətinə görə pensiyaya çıxan şəxslərin ailə üzvlərinə isə конкрет vəzifələr üzrə sabit məbləğdə müəyyənləşdiriləcək.

Xatırladaq ki, indiki qaydalara əsasən, dövlət qulluqçularının pensiyası fərdi hesablarındakı kapitala deyil, fəaliyyətdə olan əməkdaşların əməkhaqqındakı sonrakı artımlara inteqrasiya olunur. Bu da toplanan kapitala mütənasib olmayan pensiya məbləğlərinin yaranmasına gətirib çıxarırdı. Aparılan hesablamalar isə göstərir ki, dövlət qulluqçularının əməkhaqqı səviyyəsi yetərli pensiya kapitalı toplamağa tam imkan verir.

Təklif edilən islahat nəticəsində dövlət qulluqçularının pensiya təminatındakı qeyri-bərabərlik aradan qaldırılacaq. Eyni zamanda, pensiya və pensiya əlavələrinin proaktiv (elektron) təyinatı mümkün olacaq ki, bu da vətəndaşların inzibati orqanlara müraciət etmədən, avtomatlaşdırılmış şəkildə pensiya almasına şərait yaradacaq.