Baltik dənizində Rusiya və Danimarka hərbi qüvvələri arasında baş verən insidentlə bağlı iki ölkə arasında diplomatiya gərginliyi pik həddə çatıb.
1xeebr.media Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 30-da Danimarkanın Moskvadakı səfiri Rolf Holmboe Rusiya XİN-ə çağırılıb.
Rusiya tərəfi Danimarka Hərbi Hava Qüvvələrinə məxsus “Fennec” tipli helikopterin Baltik Donanmasının “Soobrazitelny” korvetinə qarşı “qeyri-peşəkar və təxribatçı” hərəkətlərinə görə Danimarkaya qəti protest bildirib.
Xatırladaq ki, sentyabrın 15-də Danimarka Rusiya hərbi gəmisini beynəlxalq sularda onların hərbi helikopterinə atəş açmaqda ittiham etmişdi. Krallığın HHQ-si Rusiya freqatının planlı fotoçəkiliş uçuşu zamanı hava gəmisi istiqamətində iki siqnal raketi atdığını bəyan etmişdi.
Danimarkanın Müdafiə naziri Yeppe Bruus Kristensen vəziyyətin qeyri-normal olduğunu vurğulayıb, Baş nazir Mette Frederiksen isə Moskvanı Avropaya qarşı hibrid müharibəni gücləndirməkdə ittiham edib. Hadisələrin fonunda Danimarka Rusiya təhlükəsini əsas gətirərək hərbi xidmətə çağırış miqyasını genişləndirib.