1xeber.media xəbər verir ki, Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb, 11 nəfər yaralanıb.
Əfqanıstanın Taliban hökumətinin məlumatına görə, zərbələr Kunar və Helmand vilayətlərinə endirilib və nəticədə üç ev dağılıb. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Pakistan tərəfi isə hava əməliyyatı zamanı 22 “terrorçunun” öldürüldüyünü açıqlayıb. Tərəflərin verdiyi məlumatlar arasında ciddi fərq var və bu rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Hava zərbələri Pakistan və Əfqanıstan arasında son günlərdə artan gərginliyin fonunda baş verib. İslamabad Kabulu Pakistan ərazisində hücumlar həyata keçirən silahlı qruplara sığınacaq verməkdə ittiham edir. Taliban hökuməti isə bu ittihamları rədd edir.