Zığ şosesində avtomobillərin hərəkəti bərpa edildi - YENİLƏNİB
1xeber.media xəbər verir ki, Bakının Suraxanı rayonunda, Zığ şosesində yol-nəqliyyat hadisəsi ilə əlaqədar tətbiq olunan hərəkət məhdudiyyəti aradan qaldırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, ötən gün yük avtomobilinin yolun hərəkət hissəsinə aşması səbəbindən 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılmışdı.
Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb, aşan avtomobil yoldan götürülüb və nəqliyyatın hərəkəti bərpa edilib.