Вернуться назад Распечатать

Hindistan ilk orbital süni intellekt peykini kosmosa göndərir

1xeber.media xəbər verir ki, Hindistanın “TakeMe2Space” startapı ölkənin ilk orbital hesablama peykini kosmosa göndərməyə hazırlaşır.

“MOI-1A” adlı peykin “SpaceX” raketi ilə oktyabrın 1-də orbitə çıxarılması planlaşdırılır. Peyk kosmosda məlumatların emalını həyata keçirəcək və bunun üçün “Nvidia Orin NX” prosessorlarından istifadə edəcək.

Şirkət bildirir ki, peyk məlumatları Yerə göndərmək əvəzinə onların bir hissəsini birbaşa orbitdə emal etməyə imkan verəcək. Bu isə məlumat ötürülməsinə çəkilən xərclərin azaldılmasına kömək edə bilər.

Startap artıq kənd təsərrüfatı, mədənçilik, logistika və sığorta sektorlarından 23 müştəri cəlb etdiyini açıqlayıb.