1xeber.media xəbər verir ki, Myanmanın prezidenti Min Aunq Hlainq oktyabr ayında Malayziyaya səfər edəcək.
Məlumatı Malayziyanın dövlət xəbər agentliyi yayıb. Səfər zamanı iki ölkə arasında Myanmadan Malayziyaya köçmüş qaçqınların və münaqişə səbəbindən ölkəsini tərk etmiş şəxslərin geri qaytarılması məsələsinin müzakirə olunacağı bildirilir.
Səfərin dəqiq tarixi açıqlanmayıb.