1xeber.media xəbər verir ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.
Azərbaycan Prokurorluğunun tarixi 1918-ci il oktyabrın 1-dən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin tarixdə ölkədə prokurorluq orqanları yaradılıb.
Müstəqilliyin bərpasından sonra prokurorluq sistemində yeni mərhələ başlayıb. 1995-ci ildə qəbul olunan Konstitusiyada prokurorluq vahid mərkəzləşdirilmiş orqan kimi müəyyənləşdirilib, 1999-cu ildə isə “Prokurorluq haqqında” Qanun qəbul edilib.
Oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi 1998-ci ildə təsis olunub.
Son illərdə prokurorluq sistemində elektron xidmətlərin tətbiqi, kadr hazırlığı, idarəetmənin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə də prokurorluq orqanlarının fəaliyyətinin bərpası istiqamətində işlər görülür.
Peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə bir sıra prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib, əməkdaşlar medallarla təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Prokurorluğunun 108 illik tarixi 1918-ci ildə yaradılmış ilk milli prokurorluq təsisatından başlayır.