Вернуться назад Распечатать

“Kətaib Hizbullah” fəaliyyətini dayandırır

1xeber.media xəbər verir ki, İraqdakı İranmeyilli “Kətaib Hizbullah” silahlı qrupu ABŞ qüvvələrinin ölkədən tam çıxmasının ardından hərbi fəaliyyətini dayandırdığını açıqlayıb.

Qrupun qərarı ABŞ Mərkəzi Komandanlığının Ərbil aviabazasından amerikalı hərbçilərin və hərbi texnikanın təxliyəsini başa çatdırmasından sonra elan olunub. Bununla da ABŞ-ın rəhbərlik etdiyi “Inherent Resolve” əməliyyatının İraqdakı mərhələsi başa çatıb.

“Kətaib Hizbullah” uzun müddət İraqda ABŞ hərbi mövcudluğuna qarşı çıxıb və Amerika qüvvələrinə qarşı bir sıra hücumlar həyata keçirib.

Qrupun rəhbərliyi fəaliyyətin dayandırılmasını ABŞ qoşunlarının ölkədən çıxması ilə əlaqələndirib. Bununla belə, “İraq İslami Müqaviməti” çətiri altında olan digər silahlı qruplarla Bağdad hökuməti arasında silahların dövlət nəzarətinə keçirilməsi məsələsində hələ razılaşma əldə olunmayıb.

İraq hökuməti ölkədə təhlükəsizliyə tam nəzarəti öz üzərinə götürdüyünü və silahlı qrupların dövlət strukturlarına inteqrasiyası ilə bağlı danışıqların davam etdiyini bildirib.