Вернуться назад Распечатать

"Məqsədimiz sülh sazişinin imzalanması və ratifikasiyasıdır" - Paşinyan

"Xəbər lentini açıb oxuyanda elə təəssürat yaranır ki, sanki bir təşviş hökm sürür. Təkcə hakimiyyət deyil, hər kəs, hər yerdə daim təşviş içindədir. Bununla belə, insanlar sülhə dərindən inanırlar".

1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, əlavə edib ki, bundan daha bir siyasi nəticə çıxarmaq lazımdır: "Bu inam mövcud mərhələ üçün əla və vacib olsa da, biz insanların gözləntilərini tam şəkildə reallaşdırmalıyıq. Hazırkı mərhələdə sülh mövcuddur. Bu, bir reallıqdır. Lakin sülh hələ institutsional xarakter almayıb".

Paşinyanın sözlərinə görə, hökumətin qarşısında duran ən böyük vəzifə insanların gözləntilərini tam şəkildə həyata keçirməkdir: "Qarşıdakı dövrdə məqsədimiz dəqiq müəyyən edilməlidir: sülh sazişinin imzalanması və ratifikasiyası".