Estoniyadan Rusiya və Belarus taxılına qadağa
1xeber.media xəbər verir ki, Estoniya Rusiya və Belarus mənşəli taxılın öz ərazisindən tranzitinə qadağa qoyub.
Qərar oktyabrın 1-dən qüvvəyə minib. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, ölkəsi Rusiyaya maliyyə axınını dəstəkləyə biləcək ticarət marşrutlarında iştirak etmək istəmir.
Qadağa Rusiya və Belarusdan çıxarılan taxılın Estoniya ərazisindən digər istiqamətlərə daşınmasına təsir göstərəcək.
Məlumata görə, son dövrdə Qara dənizdəki marşrutlarla bağlı yaranan problemlər səbəbindən Rusiya şirkətləri ixrac yüklərinin bir hissəsini digər limanlara yönəltməyə başlayıb.
Estoniyanın qərarı Rusiyanın və Belarusun kənd təsərrüfatı məhsullarının Avropa istiqamətində daşınması üçün istifadə olunan alternativ logistika marşrutlarına da təsir göstərə bilər.