Dövlət Gömrük Komitəsinin dfin əməkdaşları bəyan edilmədən ölkəyə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar edib.
1xeber.media Komitəyə istinadən xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4 752 ədəd kosmetik vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.