Вернуться назад Распечатать

Ştilermana sui-qəsd cəhdi olub

1xeber.media xəbər verir ki, Ukraynanın raket və pilotsuz uçuş aparatları istehsal edən “Fire Point” şirkətinin rəhbəri Denis Ştilermana Kiyev yaxınlığında sui-qəsd cəhdi edilib.

Bu barədə “Pervıy kanal”ın keçmiş jurnalisti Sergey Auslender “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində Ştilerman yüngül xəsarət alıb. Onun mühafizəçilərindən biri öldürülüb, hücum edən şəxslərin isə zərərsizləşdirildiyi bildirilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.