Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda metal tozları istehsal edən fabrikdə partlayış olub. Hadisə nəticəsində 3-ü ağır olmaqla, 7 işçi yaralanıb.
1xeber.media xəbər verir ki, partlayış fabrikin alüminium, sink və mis tozlarının istehsal edildiyi nəhəng qazanda baş verib.
Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.
Bölgəyə yanğınsöndürən, təcili tibbi yardım və jandarma əməkdaşları göndərilib. Yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.