Вернуться назад Распечатать

İcra başçısı şəhid Ziyadxan Əliyevin anım tədbirində iştirak edib

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Əliyev Ziyadxan İbrahim oğlunun anım tədbiri keçirilib.

1xeber.media xəbər verir ki,tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhid Ziyadxan Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, onun keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.